Ana Sayfa > Karusel / Region / Səhiyyə > Gürcüstanda koronavirusa yoluxanların sayı 367 mini ötü

Gürcüstanda koronavirusa yoluxanların sayı 367 mini ötü


1-07-2021, 11:54. Yazar: Admin

 

Gürcüstanda koronavirusa yoluxanların sayı 367 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 980 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

Qarabaqinfo.az-ın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 367 058, xəstəlikdən ölənlərin sayı isə 5 327 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 352 624 nəfərin sağaldığı bildirilir Apa 


Geri dön