Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin iki ay ərzində qoyulacağı gözlənilir
Ana Sayfa > Karusel / Mədəniyyət > Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin iki ay ərzində qoyulacağı gözlənilir

Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin iki ay ərzində qoyulacağı gözlənilir


1-07-2021, 11:51. Yazar: Admin

 

Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin iki ay ərzində qoyulacağı gözlənilir

 

Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır.

Bu barədə Qarabaqinfo.az-a heykəlin müəllifi Xanlar Əhmədov məlumat verib O bildirib ki, heykəl il yarımdır, hazırdır, lakin pandemiya və digər səbəblərdən qoyulması yubanırdı.

X. Əhmədov heykəlin iki ay ərzində təyin olunmuş yerdə - İçərişəhər metrosunun yanında ucaldılacağının gözlənildiyini bildirib.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z. Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.


Geri dön