Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan alüminium ixracını artırıb

Azərbaycan alüminium ixracını artırıb


1-07-2021, 11:48. Yazar: Admin

 

Azərbaycan alüminium ixracını artırıb

“Azəralüminium” şirkəti bu ilin yanvar-may ayları ərzində 47,9 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 90,1% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Qarabaqinfo.az-a verilən məlumata görə, keçən ilin müvafiq dövründə şirkət 25,2 mln. dollar dəyərində məhsul ixrac edib

Müəssisə Cənubi Qafqazda yeganə ilkin alüminium istehsalçısıdır. 2011-2012-ci ildə Kompleksin illik 50 min ton ilkin alüminium istehsalı gücünə malik 1-ci fazası işə başlayıb.

Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu) və 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası), digər obyektlər daxildir.

Şirkət istehsalının 90%-ni 15-dən çox xarici ölkəyə ixrac edir.


Geri dön