Ana Sayfa > Karusel / Təhsil > Bakıda liseyə Lütfi Zadənin adı verildi - QƏRAR
Bakıda liseyə Lütfi Zadənin adı verildi - QƏRAR30-06-2021, 12:39. Yazar: Admin |
Baş nazir Əli Əsədov görkəmli elm xadimi Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb. Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə Lütfi Zadənin adı verilib. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Lütfi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək. Geri dön |