Ana Sayfa > Karusel / Gündəm / Region > Gəncədə azyaşlı evdə yanaraq ölüb
Gəncədə azyaşlı evdə yanaraq ölüb30-06-2021, 12:21. Yazar: Admin |
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Bu barədə Qarabaqinfo.az-a FHN-dən bildirilib. Qeyd olunub ki, məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 65 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladı, 2019-cu il təvəllüdlü Mahmudova Nuray Röyal qızının yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Geri dön |