Ana Sayfa > Karusel / Gündəm > "Heç kim deyə bilməz ki, Şuşa əməliyyatına kim rəhbərlik edib" - Babayan

"Heç kim deyə bilməz ki, Şuşa əməliyyatına kim rəhbərlik edib" - Babayan


30-06-2021, 11:31. Yazar: Admin
"Heç kim deyə bilməz ki, Şuşa əməliyyatına kim rəhbərlik edib" -<span style="color:red"> Babayan</span>

“Şuşada nizami ordu olmadığını başa düşürsünüz? Düşmənin irəliləməsini dayandırmaq üçün xalqın topladığı, prezidentin təşkil etdiyi bir müdafiə var idi. Mütəmadi bir ordu yox idi. Bu səbəbdən kimin rəhbərlik etdiyini heç kim deyə bilməz. Sizə elə gəlir ki, türkün Şuşaya piyada gəldiyini elə-belə deyirəm".

 

Qarabaginfo.az Qazet.az-a istinadən  xəbər verir ki, bu sözləri qondarma Dağlıq Qarabağ rejiminin “milli təhlükəsizlik şurası”nın keçmiş katibi Samvel Babayan yerli “İravunk” qəzetinin “Şuşanın müdafiə əməliyyatına kim başçılıq edirdi?" sualına cavab verərkən deyib.

Qəzetin yazdığına görə, Şuşa əməliyyatı ilə bağlı danışan başqa bir erməni general Movses Akopyan Şuşada baş verənlərin bir cinayət işi üçün “əsl material” olduğunu bildirib.


Geri dön