Ana Sayfa > Karusel / Region > Koronavirusun “Delta” ştammı Azərbaycanı mühasirəyə alır

Koronavirusun “Delta” ştammı Azərbaycanı mühasirəyə alır


29-06-2021, 17:27. Yazar: Admin

 

 

İranda koronavirusun “Delta” ştammına rast gəlinib.

ISNA xəbər verir ki, bu barədə Məşhəd Səhiyyə Elmləri Universitetinin rektor köməkçisi Mehdi Kəlyan deyib:

“Təəssüf ki, dünən axşam Məşhəddə “Delta” variantına 10-dan çox yoluxma müəyyən edilib”.

Testlərin araşdırma üçün paytaxt Tehrana göndərildiyini qeyd edən Kəlyan bildirib ki, sözügedən yoluxmaların “Delta” variantlı olmasına əminlik var.

Eyni zamanda şimal-şərq qonşumuz olan Gürcüstanda da “Delta” ştammına yoluxma halları aşkarlanıb. 

Ölkənin Səhiyyə Nazirliyi yaxın gələcəkdə koronavirus xəstəliyinin artacağını proqnozlaşdırır.

“Ölkəmizdə koronavirusun Hindistan variantı “Delta”nın müəyyənləşdirilməsi ilə əlaqədar epidemioloji vəziyyətin bu cür inkişafı mümkündür. Son 24 saat ərzində 7 belə yeni hal aşkar etdik”, - deyə ölkənin Səhiyyə nazirinin müavini Tamar Qabuniya xəbərdarlıq edib.

Qabuniyaya görə, yalnız xəstələnmə sayında yox, ölüm nisbətində də artım mümkündür. “Delta” ştammı Gürcüstanda koronavirus xəstələrinin 10-20 %-də aşkar olunub. (Oxu.az)


Geri dön