Ana Sayfa > Karusel / Region > Hulusi Akar: "Qardaş qırğız xalqına dəstəyimizi davam etdirəcəyik"
Hulusi Akar: "Qardaş qırğız xalqına dəstəyimizi davam etdirəcəyik"29-06-2021, 16:09. Yazar: Admin |
Hulusi Akar
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bişkekdə Qırğız Respublikasının müdafiə naziri, briqada generalı Taalaybek Omuraliyevlə görüşüb. Qarabaginfo.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüş Qırğız Respublikasının Müdafiə Nazirliyinin binasında keçirilib. Qarşılama mərasimindən sonra nazirlər təkbətək görüşüb. Bunun ardınca görüş nümayəndə heyətləri çərçivəsində davam edib. “Qırğızıstanın siyasi sabitliyi və cəmiyyətin əmin-amanlığı hər zaman üstünlük verdiyimiz məsələdir. Türkiyə olaraq qardaş qırğız xalqının əmin-amanlığı, sabitliyi və rifahı istiqamətində dəstəyimizi davam etdirəcəyik”, - Hulusi Akar vurğulayıb. (Report) Geri dön |