Ana Sayfa > Karusel / Qarabağ > Laçında həlak olan hərbçilər Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək

Laçında həlak olan hərbçilər Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək


29-06-2021, 15:23. Yazar: Admin

 

Laçında həlak olan hərbçilər Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək

Laçın rayonunda həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuları Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Qarabaginfo.az-a məlumat təsdiqlənib.

Bildirilib ki, yol qəzasında həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu bu gün Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "KamAZ" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub. Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır. (Report)


Geri dön