Ana Sayfa > Karusel / Gündəm > Sərhəddə erməni təxribatları niyə intensivləşib?
Sərhəddə erməni təxribatları niyə intensivləşib?29-06-2021, 14:19. Yazar: Admin |
Son günlər Ermənistan tərəfi Azərbaycanla sərhəddə yenidən təxribatlara əl atır. Kəlbəcər və Tovuz istiqamətindən Azərbaycan ərazisinə atəş açılır. Seçkidən sonra üçüncü dəfədir ki, Ermənistan Azərbaycana qarşı təhrikedici addımlar atır.
Görünən odur ki, baş nazir Nikol Paşinyana qarşı seçkiöncəsi bəyanat imzalayan erməni generalları hələ də ona imzaladığı sənədə görə siyasi zərbələr vurmaq üçün fürsət axtarırlar. Çünki onlar əmindilər ki, bu təxribatlara qarşı gec-tez Azəbaycan tərəfi cavab verəcək. Bu da Ermənistan əsgərinin növbəti məğlubiyyəti ilə nəticələnək. Daha sonra həmin generallar və onu dəstəkləyən siyasi oyunçular bunu əllərində bayraq edib Paşinyana qaşı bəyanatlar səsləndirəcək. Amma bizim üçün bu, o qədər də fərq etmir. Azərbaycan əsgərinə qarşı atılan addımlara adekvat cavab veriləcək”. Modern.az Geri dön |