Ana Sayfa > Karusel / Dünya > Gürcüstanda son sutkada COVID-19-a 352 yoluxma qeydə alınıb, 9 nəfər ölüb

Gürcüstanda son sutkada COVID-19-a 352 yoluxma qeydə alınıb, 9 nəfər ölüb


28-06-2021, 12:04. Yazar: Admin

 

Gürcüstanda son sutkada COVID-19-a 352 yoluxma qeydə alınıb, 9 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 352 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 363 874, xəstəlikdən ölənlərin sayı isə 5 275 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 350 466 nəfərin sağaldığı bildirilir.


Geri dön