Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan: ““İstanbul kanalı” İstanbulun gələcəyini təhlükələrdən xilas edən layihədir"

Ərdoğan: ““İstanbul kanalı” İstanbulun gələcəyini təhlükələrdən xilas edən layihədir"


26-06-2021, 16:52. Yazar: Admin

 

Ərdoğan: ““İstanbul kanalı” İstanbulun gələcəyini təhlükələrdən xilas edən layihədir"

 

“İstanbul boğazından 100 il əvvəl illik 3-4 minlik gəmi tranziti həyata keçirilirdi, amma hazırda bu say artaraq 45-50 minə çatıb, amma gəmilərin keçid tutumu hazırda 25 mindir, layihə gerçəkləşdikdə isə bu rəqəmin 78 minə çatması nəzərdə tutulub”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İstanbul kanalı” layihəsində inşa olunacaq Sazlıdərə su anbarı üzərində salınacaq körpünün təməlqoyma mərasimində deyib.

Türkiyə Prezidenti bu layihəyə İstanbulun gələcəyini təhlükələrdən xilas etmə layihəsi kimi baxdığını deyib. O bildirib ki, kanalın uzunluğu 45 kilometr, dərinliyi 21 metr, dib eni 275 olmaqla, böyük gəmilərin də keçidi üçün ən əlverişli şərait yaradılmış olacaq.

Türkiyə Prezidenti 6 körpüdən ibarət olan layihənin 6 il ərzində başa çatdırılacağının planlaşdırıldığını deyib və bu layihənin ölkəsinin iqtisadiyyatına güclü dəstək verəcəyini bildirib.

Qeyd edək ki, “İstanbul kanalı” İstanbulun Avropa tərəfini iki hissəyə bölməklə Asiya ilə Avropa arasında ada meydana gətirəcək.


Geri dön