Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 67 nəfər COVID-19-dan sağalıb, 55 nəfər yoluxub, ölüm olmayıb

Azərbaycanda son sutkada 67 nəfər COVID-19-dan sağalıb, 55 nəfər yoluxub, ölüm olmayıb


26-06-2021, 16:47. Yazar: Admin

 

Azərbaycanda son sutkada 67 nəfər COVID-19-dan sağalıb, 55 nəfər yoluxub, ölüm olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan ölüm olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335796 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330026 nəfər müalicə olunaraq sağalıb, 4967 nəfər vəfat edib, aktiv xəstə sayı 803 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8720, ötən müddət ərzində isə ümumilikdə 3722499 test aparılıb.


Geri dön