Ana Sayfa > Karusel / Gündəm > Baş nazir: “Gürcüstan bölgədə sabitliyin təmin olunması prosesində iştiraka hazırdır” 

Baş nazir: “Gürcüstan bölgədə sabitliyin təmin olunması prosesində iştiraka hazırdır” 


25-06-2021, 15:43. Yazar: Admin
Baş nazir: “Gürcüstan bölgədə sabitliyin təmin olunması prosesində iştiraka hazırdır”

“Gürcüstan bölgədə balanslaşdırılmış siyasətini davam etdirir. Bizim üçün əsas prioritet qonşu ölkələrdə sülh və sabitliyin hökm sürməsidir”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə illik hesabat təqdim edərkən deyib.

 

Onun sözlərinə görə, tarazlı siyasətin uğurlarından biri ABŞ-ın dəstəyi və Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar anlaşmadır: “Bu, həqiqətən də presedenti olmayan hadisədir. Humanitar razılaşma regionda sülh və əmin-amanlığın möhkəmləndirilməsinə xidmət edir”.

Baş nazir qeyd edib ki, Gürcüstan bundan sonra da bölgədə sabitlik və sülhə nail olunması prosesində iştirak etməyə hazırdır.


Geri dön