Ana Sayfa > Karusel / Gündəm > Canlı efirdə Natiq Cəfərli ilə Əhəd Məmmədli bir-birini söydü - Video
Canlı efirdə Natiq Cəfərli ilə Əhəd Məmmədli bir-birini söydü - Video25-06-2021, 13:40. Yazar: Admin |
Real partiyasının sədr müavini Natiq Cəfərli ilə Ağ Partiyanın başqan müavini Əhəd Məmmədli Müsavat TV-nin canlı yayımında bir-birinə qarşı ağır sözlərdən istifadə ediblər.
AĞ Partiyanın başqan müavini N. Cəfərlini satqınlıqda ittiham edib: “Tutuldun, heç 20 gün prokurorluqda qala bilmədin. Dedin ki, İlqar Məmmədov deyib. Bunlar əqidəsiz adamlardırlar…” N. Cəfərli isə cavabında onu “debil” adlandırıb: “Azərbaycan hakimiyyəti belə “debil”ləri gətirib Azərbaycan siyasətinə qoyub”. Qonaqlar, hətta bir-birinə qarşı söyüşlü sözlərdən də istifadə ediblər. Aparıcı onları sakitləşdirməyə çalışsa da, alınmayıb, nəticədə verilişi yarımçıq kəsməli olub. (Qafqazinfo) Geri dön |