“Biz xalq olaraq tarixi qələbəni yaşadanları heç zaman unutmayacağıq".
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, qələbəni yaşadanlar hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir: "Torpaqlarımızın düşməndən azad edilməsi aparılan uğurlu islahatların nəticəsidir. Hər kəsdən xahiş edirəm ki, 10 manat olmaqla “YAŞAT” Fonduna ianə edək və bununla da qəhrəmanlarımıza, onların ailələrinə dəstək olaq”.