Ana Sayfa > Karusel / Gündəm > Qarabağda qalan 35 min erməni ərazini tərk etməyə hazırlaşır - Erməni jurnalist

Qarabağda qalan 35 min erməni ərazini tərk etməyə hazırlaşır - Erməni jurnalist


25-06-2021, 10:08. Yazar: Admin
Qarabağda qalan 35 min erməni ərazini tərk etməyə hazırlaşır - <span style="color:red">Erməni jurnalist</span>

Qarabağın Rusiya sülhməramlılarının məsuliyyət bölgəsində yerləşən ərazilərində cəmi 35 min erməni qalıb, onlar da tezliklə ərazini tərk etməyə hazırlaşırlar.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Xankəndində yaşayan erməni jurnalist Marat Yeqanyan öz “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, bu gün Xankəndində rastlaşdığı 3 iş yeri sahiblərinin hamısı köçməyə hazırlaşır. Onlar Ermənistana, Rusiyaya və ya Avropaya gedirlər.

Ümumilikdə, ermənilər separatçı rejimin rəhbəri Arayik Arutyunyanın siyasətindən narazıdırlar. Son 3 gündə Xankəndində Arutyunyan əleyhinə etiraz aksiyaları keçirilib.

Xatırladaq ki, Marat Yeqanyan “artsakh.info” saytının əməkdaşıdır. 44 günlük müharibə müddıtində o, Murovda döyüşüb.   


Geri dön