Ana Sayfa > Karusel / Dünya > Putinin qələbəsi rəsmən təsdiqləndi
Putinin qələbəsi rəsmən təsdiqləndi23-03-2018, 20:18. Yazar: Admin |
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) martın 18-də keçirilən prezident seçkilərinin yekun rəsmi nəticələrini açıqlayıb. "Qarabaginfo" “Qafqazinfo”ya istinadən məlumatına görə, seçkilərdə 76,69% səs toplayan Vladimir Putin yenidən prezident seçilib. Bu barədə MSK sədri Ella Panfilova bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, seçkilərdə Kommunist Partiyasının namizədi Pavel Qrudin 11,77% səslə ikinci, Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski 5,65% səslə üçüncü, Vətəndaş Təşəbbüsü Partiyasının namizədi Kseniya Sobçak 1,68% səslə dördüncü, “Yabloko” Partiyasının namizədi Qriqori Yavlinski isə 1,05% səslə beşinci olub Geri dön |