Ana Sayfa > Karusel / Gündəm > TƏBİB Azərbaycanda koronavirusun “Hindistan ştammı”nın qeydə alınıb-alınmadığına aydınlıq gətirib

TƏBİB Azərbaycanda koronavirusun “Hindistan ştammı”nın qeydə alınıb-alınmadığına aydınlıq gətirib


24-06-2021, 17:36. Yazar: Admin

 

TƏBİB Azərbaycanda koronavirusun “Hindistan ştammı”nın qeydə alınıb-alınmadığına aydınlıq gətirib

“Koronavirusun müxtəlif ştamlarının müəyyənləşdirilməsi istiqamətində ölkəmizdə tədqiqatlar aparılır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bu günə kimi ölkədə “Hindistan ştammı” (Delta) rəsmi şəkildə qeydə alınmayıb.

“Bununla belə, epidemioloji vəziyyət nəzərə alınaraq, müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur”, - TƏBİB-dən bildirilib.

Qeyd edək ki, koronavirusun “Hindistan ştammı”na indiyədək dünyanın 80-dən çox ölkəsində rast gəlinib. Bu ştamm artıq qonşu Gürcüstanda da qeydə alınıb.

“Hindistan ştammı” koronavirusun digər ştamlarına nisbətən daha sürətlə yayılması ilə fərqlənir.

Mütəxəssislər bununla belə, COVİD əleyhinə tətbiq olunan vaksinlərin eyni qaydada bu ştamma qarşı da effektiv olduğunu bildirirlər.


Geri dön