Ana Sayfa > Karusel / Gündəm > Türkiyədə koronavirusun “delta” növü 134 nəfərdə aşkarlanıb

Türkiyədə koronavirusun “delta” növü 134 nəfərdə aşkarlanıb


23-06-2021, 17:25. Yazar: Admin

 

Türkiyədə koronavirusun “delta” növü 134 nəfərdə aşkarlanıb

 

Türkiyədə 134 nəfərdə koronavirusun Hindistanda meydana çıxan “delta” ştammına yoluxma faktı qeydə alınıb.

Qarabaginfo.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca AK Partiyanın Baş qərargahında millət vəkilləri ilə keçirilən iclasda açıqlama verib.

İclas zamanı Fəxrəddin Qoca səhiyyə siyasəti, 1 iyul tarixindən etibarən başlayacaq normallaşma prosesi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün elan etdiyi “TurkoVac” peyvəndinin 3 mərhələ sınaqlarının başlaması ilə əlaqədar aparılan işlər barədə məlumat verib.

Bundan əlavə səhiyyə naziri Hindistanda meydana gələrək dünyada yayılmağa başlayan koronavirusun “delta” növünə Türkiyədə 134 nəfərin yoluxduğunu bildirib.

3.5 saat davam edən iclasdan sonra heç bir rəsmi açıqlama verilməyib.


Geri dön