Ana Sayfa > Karusel / Gündəm > Britaniya MN Rusiyanı təkzib edib: Atəş açılmayıb, gəmimiz Ukrayna ərazi sularındadır
Britaniya MN Rusiyanı təkzib edib: Atəş açılmayıb, gəmimiz Ukrayna ərazi sularındadır23-06-2021, 16:41. Yazar: Admin |
Böyük Britaniya Müdafiə Nazirliyi Qara dənizdə baş verən insidentlə bağlı açıqlama ilə çıxış edib. Qarabaginfo.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Defender” tipli minadaşıyan gəmi beynəlxalq hüquqa uyğun olaraq Ukrayna ərazi sularından keçib. Britaniya MN gəminin Rusiya sərhədlərini pozduğunu, bu səbəbdən də xəbərdarlıq atəşinə məruz qaldığı barədə Rusiya Müdafiə Nazirliyinin məlumatını təkzib edib. “Gəmimizə xəbərdarlıq atəşi açılmayıb. Gəmi hazırda Ukraynanın ərazi sularındadır”, - deyə məlumatda bildirilir. Qeyd edək ki, Rusiya MN məlumat yayaraq, bu gün Britaniyaya məxsus “Defender” tipli minadaşıyan gəminin sərhədi pozduğunu, 3 km dərinliyə qədər irəlilədiyini bildirib. Məlumatda qeyd olunur ki, gəmi sərhədi pozacağı təqdirdə, silah tətbiq olunacağı barədə xəbərdarlığa məhəl qoymayıb. Belə olan halda keşikçi gəmisi xəbərdarlıq atəşi açıb. Bunun ardınca isə Su-24M təyyarəsi “Defender” gəmisinin hərəkət kursu üzrə xəbərdarlıq bombası atıb. Qara dəniz donanması və Sərhəd Xidmətinin birgə səyi nəticəsində Britaniya gəmisi Rusiyanın ərazi sularını tərk edib. İnsidentlə əlaqədar Böyük Britaniyanın hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb. Geri dön |