Ana Sayfa > Karusel / Gündəm / Dünya > Rusiya Qara dənizdə Britaniya gəmisinə atəş açıb

Rusiya Qara dənizdə Britaniya gəmisinə atəş açıb


23-06-2021, 16:04. Yazar: Admin
<strong>Rusiya Qara dənizdə Britaniya gəmisinə atəş açıb</strong>

Rusiya hərbçiləri Krım yarımadası yaxınlığında Böyük Britaniyanın “Defender” eskadra minadaşıyan gəmisi xəbərdarlıq atəşi açıblar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Qara dənizdə, Fiolent burnu rayonunda baş verib: “Eskadra minadaşıyan gəmisinə Rusiya Federasiyasının sərhədini pozacağı halda atəş açılacağı barədə xəbərdarlıq edilib. Xəbərdarlığa əməl olunmayıb. Bu səbəbdən sərhəd mühafizə gəmisi xəbərdarlıq atəşi açıb”.

Vurğulanıb ki, bundan bir neçə dəqiqə sonra “Su-24M” təyyarəsi “Defender”in hərəkət istiqamətinə xəbərdarlıq bombası atıb. Bundan sonra Britaniya gəmisi hərəkət istiqamətini dəyişib.


Geri dön