Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı 3 milyonu keçib

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı 3 milyonu keçib


22-06-2021, 16:36. Yazar: Admin

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı 3 milyonu keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42843 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22284, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20559 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3032516, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1971930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1060586 təşkil edir.


Geri dön