Ana Sayfa > Karusel / Gündəm > Bakının 10 faizi yaşıllıq zonaları olacaq
Bakının 10 faizi yaşıllıq zonaları olacaq22-06-2021, 16:32. Yazar: Admin |
“Bakı şəhərində ən böyük problemlərindən biri Baş Planın yenidən hazırlanmasına təkan verən demoqrafik artımdır”. Qarabaginfo.az-ın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib. O bildirib ki, əhalinin artımı şəhərsalmanın inkişafı ilə yanaşı, nəqliyyat vasitələrinə tələbatın artması və yaşıllıqların istismarına səbəb olur: “Bakı şəhərinin Baş planında əsas məsələlərdən biri də yaşıllıq normalarına nail olmaqdır. Baş planda Bakıda yaşıllıq zonalarının şəhərin 10 faizinə qədər olması nəzərdə tutulur”.
O deyib ki, hazırda Bakı şəhərinin inzibati ərazisi 213 500 hektardır”. Bundan 11 528 hektarı hazırda yaşıllıq açıq ərazilərdir: “Bu da 5.43 faiz təşkil edir. 2040-cı ilə qədər isə yaşıllığın əlavə olaraq 9762 hektar artırılması nəzərdə tutulur. Bu, çox böyük rəqəmdir” Geri dön |