Ana Sayfa > Karusel / Sosial > “QaçqınKom”un evlərini satmaq istəyənlər narazıdır
“QaçqınKom”un evlərini satmaq istəyənlər narazıdır20-03-2018, 15:02. Yazar: Admin |
“QaçqınKom”un tikdiyi evləri məcburi köçkünlərə satmaq adı ilə dələduzluq edən Şəfayət İsmayılov və Rabil Rəhimovun barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə başlayıb. "Qarabaginfo" “Qafqazinfo.az"a istinadən xəbərə verir ki, onlar bir neçə şəxsdən təxminən 120 min manat alaraq aldatmaqda ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.İsmayılov 9 il, R.Rəhimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Adıçəkilən şəxslər apelyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyiblər. Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun icraatında olan prosesdə anket məlumatları dəqiqləşdirilib. Proses qeyri-müəyyən müddətə təxirə salınıb. Geri dön |