Ana Sayfa > Karusel / Gündəm > Bakıda güclü toz dumanı var
Bakıda güclü toz dumanı var22-06-2021, 12:47. Yazar: Admin |
Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ölkə ərazisinə transsərhəd daxil olmuş toz dumanının havada uzun müddət qalmasına səbəb olub. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a bildirilib. Qeyd edilib ki, toz dumanının meteoroloji şəraitdən asılı olaraq həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır. Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid isə 3.3 dəfə yüksək qeydə alınıb. Geri dön |