Ana Sayfa > Karusel / Gündəm > Toy etmək istəyənlər icazəni belə almalıdır
Toy etmək istəyənlər icazəni belə almalıdır22-06-2021, 10:40. Yazar: Admin |
İyulun 1-dən icazə veriləcək şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməlidir.
Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir. Portal 26 iyun tarixindən etibarən müvafiq məlumatları daxil etmək üçün aktiv ediləcək.
Geri dön |