Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda iş və xidmət sahələrində COVID-19 pasportu avqustun 1-dən tələb olunacaq
Azərbaycanda iş və xidmət sahələrində COVID-19 pasportu avqustun 1-dən tələb olunacaq22-06-2021, 10:19. Yazar: Admin |
Azərbaycanda iş və xidmət sahələrində COVID-19 pasportu iyulun 1-dən deyil, avqustun 1-dən tələb olunacaq. Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib. Qüvvədə olan qərara əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaqdı. Dəyişikliyə əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunacaq. Geri dön |