Ana Sayfa > Karusel / Region > Paşinyan mitinq keçirdi, çağırış etdi, media yaymadı

Paşinyan mitinq keçirdi, çağırış etdi, media yaymadı


21-06-2021, 22:20. Yazar: Admin

Ermənistanda noyabrın 10-da başlayan siyasi böhran başa çatdı. Sabahdan normal iş rejiminə qayıtmaq olar.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan İrəvanda tərəfdarları ilə keçirilən mitinqdəki çıxışında deyib.

Paşinyan yerli və beynəlxalq müşahidəçilərin qiymətləndirmələrinə görə seçkilərin bütün standartlara cavab verdiyini və qanuni olduğunu bildirib.

“Bütün siyasi qüvvələri mübarizəni dayandırmağa və birləşərək yeni siyasi səhifə açmağa çağırıram”, - Paşinyan qeyd edib.

Qeyd edək ki, N.Paşinyanın mitinqi saat 20:00-da başlasa da, heç bir erməni media qurumu canlı yayım etməyib və xəbərləri dərhal yaymayıb. Yalnız mitinqin başlamasından 2 saat sonra bəzi media qurumları xırda çıxarışlar dərc ediblər.(Axar.az)

 


Geri dön