Ana Sayfa > Karusel / Multimedia > Ali Hərbi Məktəbdə şəhidlərin anım mərasimi keçirilib
Ali Hərbi Məktəbdə şəhidlərin anım mərasimi keçirilib21-06-2021, 17:27. Yazar: Admin |
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi zamanı qəhrəmanlıq nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan kiçik leytenantlar Namaz Allahverdiyev, Sadiq Nəcəfli və Yaqub Nəcəfovun doğum günləri münasibətilə anım mərasimi keçirilib. Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Hərbi məktəbdə vaxtilə onlarla birgə təhsil almış kursant yoldaşları şəhid zabitlərlə bağlı xatirələrini danışıblar. Geri dön |