Ana Sayfa > Karusel / Gündəm / Siyasət > Kreml: Paşinyanın inamlı qələbə qazandığını görürük
Kreml: Paşinyanın inamlı qələbə qazandığını görürük21-06-2021, 14:39. Yazar: Admin |
“Biz İrəvandan gələn məlumatları diqqətlə izləyirik. Ermənistan Mərkəzi Seçki Komissiyasının seçkilərin baş tutması ilə bağlı məlumatını alqışlayırıq. Əlbəttə ki, biz Paşinyanın partiyasının inamlı qələbə qazandığını görürük”.
“Ermənistan Rusiyanın yaxın müttəfiqi və tərəfdaşıdır. Əlbəttə, arzu edirik ki, erməni xalqının bu seçimi ölkənin yaşadığı çətinliklərlə mübarizəsinə, eyni zamanda, Rusiya Prezidentinin birbaşa iştirakı ilə imzalanan üçtərəfli bəyanatın reallaşması yolu ilə dayanıqlı inkişaf trayektoriyasına çıxmağa kömək etsin”, - deyə Kremlin sözçüsü vurğulayıb. Geri dön |