Ana Sayfa > Karusel / İqtisadiyyat > Mikayıl Cabbarov: "Vergi daxilolmaları üzrə proqnoz tapşırığına 127 % əməl edilib
Mikayıl Cabbarov: "Vergi daxilolmaları üzrə proqnoz tapşırığına 127 % əməl edilib21-06-2021, 12:35. Yazar: Admin |
“İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir”. Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviitter hesabında yazıb. “Bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 mlrd manatdan çox olub. Daxilolmalar üzrə proqnoz 127,1 % icra edilib. Artım əsasən qeyri-neft-qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 mlrd 754 mln manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln manat ödənilib”, - deyə nazir əlavə edib. Geri dön |