“Rəsmi Tbilisi geosiyasi infrastruktur layihələrini həyata keçirmək üçün Gürcüstan-Azərbaycan-Ermənistan üçtərəfli müstəvisində işləməyə hazırdır”.
Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.
Türkiyədəki diplomatik konfransda çıxış edən Zalkaliani Azərbaycan və Türkiyənin Gürcüstanın strateji tərəfdaşları olduğunu, Ermənistanla da tarixi dostluq əlaqələrinin olduğunu vurğulayıb.
Onun sözlərinə görə, sabitlik olmadan inkişaf və firavanlıqdan danışmaq mümkün deyil. Nazir tərəfləri bu istiqamətdə fəal işləməyə çağırıb.Qazet.az