Ana Sayfa > Karusel / İnfrastruktur > Bakının Şüvəlan qəsəbəsindəki “Şimal-1” Elektrik Stansiyası təmir edilib

Bakının Şüvəlan qəsəbəsindəki “Şimal-1” Elektrik Stansiyası təmir edilib


21-06-2021, 10:35. Yazar: Admin

 

Bakının Şüvəlan qəsəbəsindəki “Şimal-1” Elektrik Stansiyası təmir edilib

20 il əvvəl istismara verilmiş Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının qaz turbininin rotoru dəyişdirilməklə əsaslı təmir edilib.

Bu barədə Qarabaginfo.az-a "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəisi Teymur Abdullayev məlumat verib.

"100 ton çəkisi olan rotor dəyişdirildikdən sonra köhnə rotor modifikasiya üçün təmirə göndəriləcək. Bundan başqa, stansiyanın sahil nasosxanasındakı nasosların və fırlanan torların dəyişdirilməsi, qazanların daxili izolyasiya örtüyünün yenilənməsi və digər işlər həyata keçirilib.

Əsaslı təmir zamanı stansiyanın təsirlənmə sistemində ciddi yenilik edilib. 20 il idi ki, “Şimal-1” Elektrik Stansiyasında generatorun təsirlənmə sistemi bir kanallı idi və bu da stansiyanın etibarlığının aşağı olmasına səbəb olurdu. Əsaslı təmir zamanı sistemin stabilliyi funksiyalı yeni nəsil 2 kanallı təsirlənmə qurğusu ilə əvəzlənib. Bu isə sistemin stabilliyini qorumaqla yanaşı, dayanıqlığı da artırıb. Əgər bundan sonra bir kanal sıradan çıxarsa, avtomatik ikinci kanal işə düşəcək. Görülmüş işlər nəticəsində “Şimal-1” Elektrik Stansiyasında 20 meqavat “itirilmiş” güc bərpa edilib.

“Azərenerji” “Şimal-1” Elektrik Stansiyasından sonra “Şimal-2” Elektrik Stansiyasının işləmə saatına uyğun olaraq yanma kameralarının da təftiş işini aparılıb. Beləliklə, ümumi qoyuluş gücü 800 meqavat olan “Şimal” Elektrik Stansiyası optimal vəziyyətə gətirilib", - deyə o, bildirib.

 


Geri dön