Ana Sayfa > Karusel / İdman > AVRO-2020: Daha iki qrupda III turun oyunları keçiriləcək
AVRO-2020: Daha iki qrupda III turun oyunları keçiriləcək21-06-2021, 10:10. Yazar: Admin |
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək. Qarabaginfo.az xəbər verir ki, bunlardan ikisi B, digər ikisi isə C qrupunda gerçəkləşəcək. B qrupunda Finlandiya Belçika ilə, Rusiya isə Danimarka ilə üz-üzə gələcək. Qrupda yalnız Belçika 1/8 final mərhəlsinə vəsiqəni təmin edib. 3 xala sahib komandalardan Rusiya və Finlandiya növbəti mərhələ üçün yaxşı nəticə qazanmalıdır. Hər iki görüşdə uduzan Danimarka isə qələbə əldə etməli və ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir. C qrupunda növbəti mərhələyə vaxtında əvvəl yüksəlmiş Niderland seçməsi 1/8 üçün şansı qalmayan Şimali Makedoniya ilə üz-üzə gələcək. İkinci yer uğrunda mübarizədə isə Ukrayna və Astriya görüşəcək. AVRO-2020 III tur B qrupu 23:00. Finlandiya - Belçika Xal durumu: Niderland - 6, Ukrayna - 3, Avstriya - 3, Şimali Makedoniya - 0 C qrupu 20:00. Ukrayna - Avstriya 20:00. Şimali Makedoniya - Niderland Xal durumu: Belçika - 6, Rusiya - 3, Finlandiya - 3, Danimarka - 0 Geri dön |