Ana Sayfa > Karusel / Gündəm > Paşinyan qələbəsini elan etdi

Paşinyan qələbəsini elan etdi


21-06-2021, 10:01. Yazar: Admin
title

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan növbədənkənar parlament seçkilərində qələbə qazandığını açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Paşinyan özünün “Facebook” hesabında məlumat verib.

“Yeni seçilən parlamentdə ”Vətəndaş müqaviləsi" partiyası konstisuonal çoxluğa malik olacaq və hökumət formalaşdıracaq", - deyə Ermənistan lideri qeyd edib.

Xatırladaq ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyasının ölkədəki seçki məntəqələrinin hamısının hesablanmasından sonra 53,92 % səs topladığı məlum olub.

Qeyd edilir ki, Paşinyanın hökuməti formalaşdırması üçün 0,08 səsi çatmayıb.

"Mülki Müqavilə" partiyası 687,251 səs (53,92%)

"Hayastan" bloku - 268 165 (21,04%),

"Mənim şərəfim var" bloku - 66,633 (5,23%),

Çiçəklənən Ermənistan Partiyası - 50 416 (3,96%),

"Cümhuriyyət" partiyası - 38.713 (3,04%),

"Erməni Milli Konqresi" partiyası - 19 647 (1,54%).

"Parlaq Ermənistan" partiyası - 15.557 (1,22%)


Geri dön