Ana Sayfa > Karusel / Region > Ermənistan MSK ilkin nəticələri açıqlayıb, Paşinyanın partiyası liderdir

Ermənistan MSK ilkin nəticələri açıqlayıb, Paşinyanın partiyası liderdir


20-06-2021, 23:44. Yazar: Admin

 

Ermənistan MSK ilkin nəticələri açıqlayıb, Paşinyanın partiyası liderdir
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Mülki razılaşma” partiyası 58,04% səslə liderlik edir, sabiq prezident Robert Köçəryanın bloku 22,01% səslə ikinci yerdədir.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu seçki məntəqələrinin təxminən 4%-nin nəticələrinin MSK tərəfindən hesablanması barədə əldə olunmuş məlumatlar göstərir.

MSK-nın məlumatına görə, keçmiş prezident Serj Sarqsyanın “Mənim şərəfim var” bloku 5,66% qazanaraq üçüncü yerdədir, dördüncü yerdə isə 5,11%-lə iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası yer alıb. (Apa)


Geri dön