
Bayden administrasiyası Rusiyaya yeni sanksiyaların hazırlığına başlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə CNN-ə Ağ Evin rəsmisi Ceyk Sallivan deyib.
O bildirib ki, sanksiyalar bloger Aleksey Navalnıya görə tətbiq ediləcək:
“Biz bu hadisə səbəbindən daha bir sanksiya paketi hazırlayırıq”.
Onun sözlərinə görə, ABŞ doğru hədəfi müəyyən etdiyi vaxt sanksiyaları aktivləşdirəcək:
“Bunun ardınca kimyəvi silahlara münasibətdə növbəti sanksiyalar gələcək”. (Axar.az)
Geri dön
|