
Kolombodan kimyəvi maddələr daşınarkən yanan konteyner gəmisi ekosistemə zərərli maddələr yaymaqla planetə ciddi ziyan vurub.
Qarabaginfo.az xəbər verir ki, bunu BMT-nin Şri Lankadakı nümayəndəsi Hana Sinqer Həmdi deyib.
O, qeyd edib ki, "X-Press Pearl" yanğından sonra batıb və potensial ekoloji fəlakət qorxularını artırıb:
"Bu da öz növbəsində sahil əhalisinin həyatını və dolanışıqlarını təhdid edir. BMT beynəlxalq səyləri koordinasiya edir. Gələcəkdə bu cür fəlakətlərin qarşısının alınmasında, zərərlərin qiymətləndirilməsində, yenidən qurulmasında Şri Lankaya yardım edəcək". (Axar.az)
Geri dön
|