Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda bir gündə COVID-19-dan 88 nəfər sağalıb, 56 nəfər yoluxub, 1 nəfər vəfat edib
Azərbaycanda bir gündə COVID-19-dan 88 nəfər sağalıb, 56 nəfər yoluxub, 1 nəfər vəfat edib20-06-2021, 18:36. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 335 493 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib, aktiv xəstə sayı 981 nəfərdir. Ölkədə son sutka ərzində 7 581, hazırkı dövrədək isə 3 675 862 test aparılıb. Geri dön |