Ana Sayfa > Karusel / İdman > “Qalatasaray”ın yeni prezidenti bəlli olub

“Qalatasaray”ın yeni prezidenti bəlli olub


20-06-2021, 00:00. Yazar: Admin

 

“Qalatasaray”ın yeni prezidenti bəlli olub

Türkiyənin "Qalatasaray" klubunun yeni prezidenti bəlli olub.

Qarabaginfo.az xəbər verir ki, İstanbul təmsilçisinin yeni rəhbəri bu gün keçirilən seçkilərdə müəyyənləşib.

Seçkidə 5 namizəd iştirak edib. "Sarı-qırmızılılar"ın 38-ci prezidenti 5 saat davam edən səsvermədən sonra dəqiqləşib.

Daha çox səs toplayan Burak Elmas “Qalatasaray”ın prezidenti seçilib. O, digər namizədlər - Yiğit Şardan, Eşref Hamamcıoğlu, İbrahim Özdemir və Metin Öztürkü arxada qoyub.

Qeyd edək ki, "Qalatasaray"a 2018-ci ilin yanvarından rəhbərlik edən Mustafa Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib. (Apasport)


Geri dön