Ana Sayfa > Karusel / Təhsil > Təhsil kreditləri bu tələbələrə veriləcək - MEYARLAR
Təhsil kreditləri bu tələbələrə veriləcək - MEYARLAR18-06-2021, 13:02. Yazar: Admin |
Təhsil Tələbə Kredit Fondunun kredit vermə meyarları iki istiqamətdə olacaq. Qarabaginfo.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, həm dövlət, həm də özəl universitetlərdə oxuyan tələbələr Təhsil Tələbə Kredit Fondunun imkanlarından faydalana biləcək:
Təhsil Tələbə Kredit Fondunun təhsilin hansı pillələrini əhatə edəcəyinə gəlincə, Emin Əmrullayev bildirib ki, böyük ehtimalla Fond orta ixtisas, yüksək peşə ixtisası, bakalavr və magistr pillələrini əhadə edəcək. Nazirin sözlərinə görə, yaxşı göstəriciləri olan tələbələrə Təhsil Tələbə Kredit Fondun tərəfindən güzəştlər olunacaq. Kredit verilən zaman tələbələrin giriş balları da nəzərə alınacaq.
E.Əmrullayevin sözlərinə görə, sosial həssas ailələrdən olan tələbələrə verilən kreditlərin faiz dərəcəsi çox aşağı simvolik rəqəmlərlə 1-2 faiz olacaq. O qeyd edib ki, öz hesabına təhsil alan tələbələr üçün is standart paket tətbiq olunacaq və onun da faiz dərəcəsi müəyyən olunacaq: “Ancaq faizlər çox aşağı dərəcədə olacaq. Fondun məqsədi odur ki, daha çox insan, o cümlədən sosial qrupa aid olan ailələrdən insanlar ali təhsil almaq imkanı əldə etsin". Nazir bildirib ki, Təhsil Tələbə Kredit Fondun tərəfindən verilən kreditlər uzun müddətli olacaq: "Kreditin müddəti müzakiə olunub təsdiq olunmalıdır, ancaq uzun müddətli, təxminən 20 il ərzində tələbə həmin vəsaiti geri ödəyəcək". (Modern.az)
Geri dön |