Ana Sayfa > Karusel / İdman > AVRO-2020: Bu gün 1/8 finalın daha 3 iştirakçısı müəyyənləşə bilər
AVRO-2020: Bu gün 1/8 finalın daha 3 iştirakçısı müəyyənləşə bilər18-06-2021, 08:48. Yazar: Admin |
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti 3 oyunu keçiriləcək. Qarabaginfo.az xəbər verir ki, görüşlərdən ikisi D, biri isə E qrupunda oynanılacaq. Günün ilk matçı E qrupunda İsveç və Slovakiya yığmaları arasında olacaq. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu almaniyalı referi Marko Frits idarə edəcək. İlk turda Polşanı 2:1 hesabı ilə məğlub edən slovakiyalılar qalib gələcəyi təqdirdə 1/8 finala vəsiqəni təmin edəcəklər. Skandinaviyalılar isə qrupun ilk matçında İspaniya ilə qolsuz heç-heçəyə razılaşıb. D qrupunda ilk turda İngiltərəyə minimal hesabla uduzan Xorvatiya seçməsi birinci oyunda Şotlandiyanı 2:0 hesabı ilə məğlub edən Çexiya yığması ilə qarşılaşacaq. Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionunda keçiriləcək görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qələbə çexiyalıları pley-offa yüksəldəcək. Bu qrupun digər matçında İngiltərə millisi Şotlandiyanı sınağa çəkəcək. Londondakı "Uembli" stadionunda gerçəkləşəcək görüşü ispaniyalı Antonio Migel Mateu Laos idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İngilislər bu görüşdə də qalib gələrsə, vaxtından əvvəl 1/8 finala adlayacaqlar. Avropa çempionatı D qrupu, II tur 20:00. Xorvatiya - Çexiya Baş hakim: Karlos del Serro Qrande (İspaniya) Qlazqo şəhərindəki "Hempden Park" stadionu 23:00. İngiltərə - Şotlandiya Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya) London, "Uembli" stadionu Xal durumu: Çexiya - 3, İngiltərə - 3, Xorvatiya - 0, Şotlandiya - 0 E qrupu 23:00. İsveç - Slovakiya Baş hakim: Marko Frits (Almaniya) Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu Xal durumu: Slovakiya - 3, İspaniya - 1, İsveç - 1, Polşa - 0 Geri dön |