Ana Sayfa > Karusel / Region > Paşinyançılar və polis Dərələyəzdə Köçəryan tərəfdarını bu günə saldı...-FOTO
Paşinyançılar və polis Dərələyəzdə Köçəryan tərəfdarını bu günə saldı...-FOTO18-06-2021, 07:02. Yazar: Admin |
Qəsbkar Ermənistanın faktiki baş naziri Nikol Paşinyanın Yexeqnadzor( tarixi Azərbaycanın Dərələyəz mahalı ərazisi) şəhərindəki görüşündən az əvvəl “Hayastan” blokunun tərəfdarlarından biri polis və mülki şəxslər tərəfindən qəddarcasına döyülüb.
Qarabaginfo.az xəbər verir ki, “ArmenianReport” un yaydığı məlumata görə, Şaen Vardanyan Paşinyanın mitinq keçirəcəyindən xəbər tutan digər Köçəryan tərəfdarları kimi görüşə nə qədər adam yığıldığını öyrənmək marağı ilə ofisləri yerləşən mehmanxananın qarşısına çıxıb.
Bir neçə dəqiqədən sonra polislər oraya toplaşan müxalifətçiləri iki bir-üç bir tutmağa başlayıb. Ş. Vardanyan baş verənləri telefona çəkmək istəyəndə onu da yaxalayıb və polis bölməsinə aparıblar. Yolda və böllmədə onu guya Paşinyana söyüş söyməsi, onu “türk” adlandırması böhtanıyla həm mülki formadakılar, həm də polislər döyməyə başlayıb. Vardanyan 3-cü qrup əlil olduğunu, başından zədə aldığını söyləsə də, onu məhz başından, eləcə də sinəsindən vurmaqda davam ediblər. Onun qollarını qandallayaraq tibbi müayinədən keçməsinə də icazə verməyiblər. Köçəryan tərəfdarı yalnız ertəsi gün buraxıldıqdan sonra tibbi müayinədən keçə bilib/ (Moderator.az)
Geri dön |