Ana Sayfa > Karusel / Kriminal > Elmira nənənin pulunu oğurlayan şəxs həbs edildi - Foto

Elmira nənənin pulunu oğurlayan şəxs həbs edildi - Foto


17-06-2021, 23:07. Yazar: Admin

 

Elmira nənənin pulunu oğurlayan şəxs həbs edildi

 

Bakının Nəsimi rayonunda tənha yaşayan 1940-cı il təvəllüdlü Elmira Əzimovanın evindən oğurluq edən şəxs  həbs olunub.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Qarabaginfo.az-a açıqlamasında bildirib ki, Elmira nənənin çatasından pul oğurlamaqda şübhəli bilinən, 1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Onun barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir, onun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır. Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər.


 


Geri dön