Ana Sayfa > Karusel / Sosial > "ASAN xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayı 20 milyona çatıb

"ASAN xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayı 20 milyona çatıb


27-02-2018, 15:34. Yazar: Admin

 

 

Bakıda fəaliyyət göstərən iki ASAN Kommunal xidmətində bu günədək 380 min vətəndaş müraciəti qeydə alınıb

"ASAN xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayı 20 milyona çatıb.

"Qarabaginfo" Report.az"a istinadən xəbər verir ki, bu barədə fevralın 27-də Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılış mərasimində məlumat verilib.

Bildirilib ki, regionlarda 10 səyyar "ASAN xidmət" avtobusu və səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan etibarən, təqribən, 1 milyon 329 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada "Azərişıq" ASC, "Azərsu" ASC və "Azəriqaz" İB tərəfindən xidmətlər təqdim olunacaq.

Bildirilib ki, paytaxt Bakıda fəaliyyət göstərən iki "ASAN Kommunal" xidmətində bu günədək 380 min vətəndaş müraciəti qeydə alınıb.

Qeyd edək ki, fevralın 27-də Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.  


Geri dön