Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda son sutkada 153 nəfər COVID-19-dan sağalıb, 48 nəfər yoluxub, ölüm qeydə alınmayıb

Azərbaycanda son sutkada 153 nəfər COVID-19-dan sağalıb, 48 nəfər yoluxub, ölüm qeydə alınmayıb


17-06-2021, 17:15. Yazar: Admin

Azərbaycanda son sutkada 153 nəfər COVID-19-dan sağalıb, 48 nəfər yoluxub, ölüm qeydə alınmayıb


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirusdan ölüm qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329191 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib, aktiv xəstə sayı 1189 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8162, ötən müddət ərzində isə ümumilikdə 3653074 test aparılıb.


Geri dön