Ana Sayfa > Karusel / Kriminal > Şərurda yük avtomobili qəzaya düşüb, 3 nəfər ölüb

Şərurda yük avtomobili qəzaya düşüb, 3 nəfər ölüb


17-06-2021, 13:31. Yazar: Admin
title

Şərur rayonunda yol qəzası olub.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 15-də saat 19 radələrində rayonun Aşağı Yaycı kəndi ərazisində Qarahəsənli kənd sakini Fazil Seyidov idarə etdiyi “JAC” markalı yük avtomobilini evlərdən birinin divarına vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü və 2 sərnişini orada ölüb.

Şərur Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Geri dön