Ana Sayfa > Karusel / Təhsil > BŞTİ: “Yay məktəbi”nin müddəti uzadılmayacaq

BŞTİ: “Yay məktəbi”nin müddəti uzadılmayacaq


17-06-2021, 10:17. Yazar: Admin

Bakı Şəhəri üzrə Təhsil İdarəsi işə qəbul elan edib

“Yay məktəbi”nin 16-30 iyun müddətində keçirilməsi nəzərdə tutulub. Müddətin uzadılması barədə hələ heç bir qərar yoxdur”.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

İdarə müdiri qeyd edib ki, müəllimlər adətən iyul-avqust ayında məzuniyyətdə olurlar: “Bu səbəbdən yəqin ki, “Yay məktəbi”nin uzadılması olmayacaq. Yenə də son qərarı Təhsil Nazirliyi qəbul edir”.

M.Vəliyeva əlavə edib ki, “Yay məktəbi”nə əsasən V-VIII sinif şagirdlərinin marağı daha çoxdur.


Geri dön