Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanın dostu kimdir: Bu ölkəyə qan gətirən Rusiya, yoxsa “Can Azərbaycan!” deyən Türkiyə? – Azər Rəşidoğlu yazır

Azərbaycanın dostu kimdir: Bu ölkəyə qan gətirən Rusiya, yoxsa “Can Azərbaycan!” deyən Türkiyə? – Azər Rəşidoğlu yazır


26-02-2018, 18:52. Yazar: Admin

 

Azərbaycanın dostu kimdir: Bu ölkəyə qan gətirən Rusiya, yoxsa “Can Azərbaycan!” deyən Türkiyə? – Azər Rəşidoğlu yazır

Azərbaycanın dostu kimdir? Daimi dost və düşmən barədə pafosla danışa bilərik. Amma həqiqətin üstündən xətt də çəkə bilmərik. Türkiyə iqtidarı, müxalifəti, ictima-siyasi xadimləri dünəndən başlayaraq, sosial şəbəkələrdə Xocalı soyqrımı barədə yazmağa başlayıblar. Xocalını öz dərdləri biliblər. “Türkiyə, yoxsa Rusiya” seçimi qarşısında qalanlara Xocalı və 20 Yanvar ən böyük cavabdır. Qan gətirən Rusiya və “Can Azərbaycan!” deyən Türkiyə. Seçim bu qədər sadədir…

***

26 fevral 1992-ci ildə rus -erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürüldü, 487 nəfər əlil oldu, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qaldılar. 150 nəfərin taleyi isə hələ də məlum deyil. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca olub. Xocalı faciəsində ailələr bütövlükdə məhv edildi, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirdi.

***

Biz naxçıvanlı, bakılı, rayonlu, şəhərli savaşı aparırıq. Görün, Zori Balayan Xocalı faciəsindən nə yazıb: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”…

***

Nəyə görə biz torpağımızı azad edə bilmirik, nəyə görə qisasımızı ala bilmirik? Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Birləşmiş Millətlər Təşkilatına daxil olandan indiyə kimi də bütün dövlətlər bunu tanıyır. Dağlıq Qarabağda yaşayan əhali də Azərbaycan vətəndaşlarıdır. Hazırda söhbət oradakı dinc əhalinin deyil, terrorçu və separatçıların cəzalandırılmasından və onları dövlətimizin konstitusiyasına əməl etməyə vadar etməkdən gedir. Ötən ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan öz ərazilərini müdafiə etməyə qadirdir və cəmi 3 günlük savaşdan sonra İrəvan az qala Azərbaycan qarşısında ağ bayraq qaldırmışdı. İrəvan Rusiyanın forpostudur və Moskvadan xahiş edirdi ki, Azərbaycanla danışıb, sülhə nail olsun.

Azərbaycan xalqı öz ərazisini işğaldan azad etməyi istəyir. Buna rəğmən, reallıqları da nəzərə almaq lazımdır. Xocalının qisasını almaq üçün Azərbaycan cavab addımları atmalı və öz sərhədi, Dağlıq Qarabağ daxilində Azərbaycanın dinc sakinlərini gülləbaran edən sahələri, döyüşçülərin yerləşdiyi nöqtələri cavab atəşi ilə məhv etməlidir. Düzdür, ermənilərin arxasında Rusiya dayanır. Xocalını da erməlilərlə birlikdə ruslar törətdi. Bu gün də Kreml İrəvana arxa durur. Rusiyanı Azərbaycanın Qərbə açıq olması qıcıqlandırır. Bu dövlət sadəcə Azərbaycanı ram etməyə çalışır.

***

Xocalı insanlarda ruh düşkünlüyü yaradıb. Cavab atəşi olduqda aprel döyüşlərində olduğu kimi əhalinin əhval ruhiyyəsi də yüksələcək. Hazırda görünür ki, Qarabağ Azərbaycan xalqını birləşdirəcək yeganə dəyərdir. Ona görə bu müstəvidə iqtidar, müxalifət, qeyri-hökumət təşkilatı və s. ayırımı olmamalıdır. Bütün Azərbaycan işğal olunmuş torpaqların işğaldan azad olunmasını istəyir. Azərbaycan ordusu, DİN, Müdafiə Nazirliyi terrorçuların nəzarətində olan əraziləri quldur dəstəsindən təmizləmək üçün ictimaiyyətlə həmrəy olmalıdır.

***

Ermənilər elə bilməsin ki, artıq Xocalı unuduldu. Bu cinayətin hüquqi baxımdan müddəti yoxdur. Beynəlxaq humanitar normalara əsasən, bu soyqırıma görə şəxsən başda Xocalının azərbaycanlılardan və məhsəti türklərindən “təmizlənməsinə” göstəriş verən prezident Serj Sarkisyan olmaqla, Ermənistan Respublikasının hazırkı siyasi rəhbərliyi məsuldur. Beynəlxalq hüquq normalarda belə cinayətlər törədənlərə qarşı fərdi qaydada məsuliyyət nəzərdə tutulub. Təəssüflər olsun ki, onların çoxu, məsələn, Serj Sarkisyan dövlət başçısı statusu və ya digər hüququ meyarlara əsasən beynəlxalq hüquqi toxunulmazlığa malikdir. Hal-hazırda onların Xocalıda sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı törətdiyi əməllərə görə cinayət məsuliyyətində cəlb olunması mümkünsüz sayılır.

Azərbaycan hər hansı yolla adları hamıya məlum olan bu cinayəkarları öz ərazisinə gətirib çıxara bilsə, onları müstəqil şəkildə mühakimə etmək hüququna malik olacaq. Çətini onun Bakıya gətirilməsidir. Bu gün bu fantastik görünə bilər, lakin mümkündür. Xocalı soyqrımında iştirak edən cəlladların Bakıya gətirilməsi və məhkəmə qarşısına çıxarılması bir şərəf məsələsidir. İş adamından tutmuş sadə fəhləyə, sıravi vətəndaşdan tutmuş ölkənin birinnci şəxsinə qədər, hər kəs bu istiqamətdə çalışmalıdır…

Azər Rəşidoğlu


Geri dön